151 dövlət əmlakı özəlləşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 21-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

Komitədən verilən məlumata görə, budəfəki hərraca 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 86-sı kiçik dövlət müəssisəsi, 33-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.

Pambıqçılıq, quşçuluq, təmir-tikinti, nəqliyyat və digər iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri paytaxtla bərabər Saatlı, Beyləqan, Goranbay kimi rayonlarda yerləşir. Belə dövlət əmlaklarına “İsmayıllı Təmir Tikinti”, “Salyan broyler”, “Sabirabad Təmir-tikinti”, “Biləsuvar Broyler” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Bu hərracda da investorlar üçün müxtəlif növ biznes ideyalarının reallaşmasına imkan verə biləcək kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanı yaradılıb. Məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid olan bu əmlaklardan biri də ümumi faydalı sahəsi 339 kv.m olan Əmlak kompleksidir. Qax rayonu, Əmbərçay kəndində yerləşən bu obyekt torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. İlkin qiyməti 75 min manat təyin olunmuş əmlak investora müxtəlif xidmət sahələrində yüksək gəlir gətirə bilər. Alıcıların geniş ticarət planlarını reallaşdıracaq çoxsaylı mağazalar da budəfəki hərraca çıxarılıb. Onlardan biri də Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsində yerləşən ümumi faydalı sahəsi 398 kv.m olan 7 saylı mağazadır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında