Əmək və əhalinin sosial müdafiəsi naziri Lənkərandakı bərpa mərkəzində yaradılan şəraitlə tanış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran şəhərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzindəki reabilitasiya şəraiti ilə tanış olub.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, mərkəzin kollektivi və müəssisədə reabilitasiya kursu keçən əlillərlə görüşündə S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bölgələrdəki bərpa mərkəzlərini də əhatə edir. Nazir bir sıra bölgələrdəki əlillər üçün bərpa mərkəzlərində bu istiqamətdə işlərin aparıldığını qeyd edib. Eyni zamanda, bildirilib ki, Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılacaq.
S.Babayev əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılmasında konkret nəticələrə nail olunmasının, reabilitasiya səviyyəsinin yüksəldilməsinin mühüm hədəflərdən olduğunu diqqətə çatdırıb. O bildirib ki, bunun üçün bərpa mərkəzlərinin maddi-texniki bazasının və əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması nazirliyin əsas iş planına daxildir. Həmçinin hazırlanmaqda olan Fərdi Reabilitasiya Proqramı bu sahədə mühüm rol oynayacaq.
Məlumat verilib ki, müəssisədə aparılan işlərin davamı kimi, burada ötən il 312, cari ilin birinci yarısında isə 166 nəfər əlilliyi olan şəxsə tibbi reabilitasiya xidmətləri göstərilib.
S.Babayev mərkəzdə yaradılan şəraitlə, Lənkəran, habelə bu bölgədəki digər rayonlarda – Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Astara və Lerikdə yaşayan əlillərə stasionar qaydada göstərilən bərpa müalicəsi xidmətləri, fizioterapevtik prosedurlarla yaxından tanış olub. Nazir mərkəzin fəaliyyətinin səmərəli təşkili, əlillərə göstərilən xidmətin keyfiyyətinin artırılması, onlara qayğı ilə yanaşılması və s. barədə tapşırıqlar verib. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında