Təhsildən yazan jurnalistlərin Fransaya səfəri

Təhsil Nazirliyində İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadənin Təhsil Nazirliyi əməkdaşlarının və təhsildən yazan jurnalistlərin Fransa Respublikasına tədris səfərinə dair təqdimat-məruzəsi dinlənilib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Səfərin martın 27-dən aprelin 3-dək davam etdiyini bildirən Bayram Hüseynzadə öncə Fransa Respublikası haqqında qısa məlumat verib və bu ölkənin təhsil sisteminin strukturundan söz açıb. Şöbə müdiri qeyd edib ki, Fransada məktəbəqədər təhsil müəssisələri müxtəlif qurumların nəzdində fəaliyyət göstərir. Ölkədə ümumi təhsilin üç pillədən - ibtidai, əsas və tam orta təhsil pillələrindən ibarət olduğunu vurğulayan B.Hüseynzadə peşə təhsilinin 2 il davam etdiyini, ali təhsil pilləsinin isə lisans (3 il), master (2 il) və doktor (3 il) mərhələlərinə bölündüyünü nəzərə çatdırıb.
Fransada təhsilin idarəolunması ilə bağlı 2 qurumun - Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyinin, Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin fəaliyyət göstərdiyini bildirən şöbə müdiri büdcə vəsaitlərinə qənaət edilməsi məqsədilə hər iki nazirliyin bir neçə struktur bölməsinin ortaq olduğunu deyib. B.Hüseynzadə qeyd edib ki, nazirliklərin departament direktorları nazirlərin təqdimatı əsasında Baş nazir, departamentlərin nəzdindəki şöbələrin rəhbərləri isə hökumətlə razılaşdırıldıqdan sonra müvafiq nazirlər tərəfindən təyin olunur.
Orta məktəblərdə çalışan müəllimlərin əməkhaqqının onların iş stajına, diplomunun dərəcəsinə və hansı yaşlı uşaqlara dərs deməsinə görə 1500-2300 avro arasında dəyişməsinə diqqət çəkən B.Hüseynzadə tam orta təhsilin sonunda məzunlara verilən bakalavriat diplomu (attestat) ilə ali məktəblərə imtahansız qəbul olunmağın mümkünlüyü barədə məlumat verib.
B.Hüseynzadə Fransanın təhsili idarəetmə orqanlarının KİV-lə qarşılıqlı əməkdaşlıq təcrübəsinin öyrənilməsi məqsədi ilə reallaşdırılan səfər çərçivəsində keçirilən görüşlər haqqında ətraflı məlumat verib.
Qarşılıqlı təcrübə mübadiləsi baxımından səfərin üstün cəhətlərindən bəhs edən B.Hüseynzadə, sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
İctimai Televiziyanın Gənclər, elm və təhsil departamentinin direktoru Cəsarət Valehov Fransa səfərində iştirak etmiş jurnalistlər adından minnətdarlığını bildirib və səfər təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında