"Cəsurlar" hərbi-idman və turizm oyununun Bakı zona mərhələsi keçirilmişdir

Cəmşid Naxçıvanski adına hərbi liseydə "Cəsurlar" hərbi idman və turizm oyununun Bakı zona mərhələsi keçirilmişdir. 
Paytaxtın 11 rayonunun komandaları ilə yanaşı Zəngilan, Şuşa və Laçın rayonlarının kollektivlərinin də iştirak etdiyi yarışlar başlanmazdan əvvəl ölkəmizin dövlət himni səslənmişdir.
Tədbirdə çıxış edənlər - Respublika Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri general-mayor Novruzəli Orucov, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və başqaları vurğulamışlar ki, bu oyunların keçirilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və gənclərin Milli Ordu sıralarında xidmətə hazırlanması üçün böyük əhəmiyyət kəsb edir. Xüsusən indiki şəraitdə - Azərbaycan torpaqlarının 20 faizi hələ də düşmən əlində olduğu bir vaxtda bu yarışların əhəmiyyəti ikiqat artır. "Cəsurlar" oyunu sayəsində gənc oğlan və qızlar silahla davranmaq vərdişlərini mənimsəyir, hərbi xidmət keçməyin qaydaları ilə tanış olurlar. Təsadüfi deyildir ki, bəzi gənclər məhz bu oyunlardan sonra hərbi məktəblərə daxil olurlar.
Məktəblilərin tribuna qarşısından sıra ilə keçməsi onlar üçün ilk sınaq oldu. Hiss olunurdu ki, iştirakçıların əksəriyyəti bu yarışlara çox ciddi hazırlaşmışlar. Sonra onlar vətənpərvərlik ruhunda mahnılar oxuya-oxuya yenidən sıra ilə keçdilər.
Yarışların Bakı mərhələsinin yekunlarına əsasən xüsusilə fərqlənmiş 3 komanda respublika oyunlarında çıxış edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında