İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkaları İmişli və Siyəzən rayonlarında keçirilib.

Yarmarkalarda ümumilikdə 707 vakant (İmişli rayonunda 565, Siyəzən rayonunda 142 vakant iş yeri) işsiz və işaxtaran vətəndaşlara təklif olunub. Hər iki tədbirdə daimi iş yerləri ilə yanaşı, kənd təsərrüfatı sahələri üzrə mövsümi iş yerləri də təklif edilib.

Tədbirlərdə ayrı-ayrı işəgötürənlərin nümayəndələri də iştirak edib. Vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı işsiz və işaxtaran şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək, ödənişli ictimai işlərə göndərilmək üçün qeydiyyata götürülüblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən 12 rayon və şəhərdə əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 311 müəssisədən 3,7 min vakant iş yeri təqdim edilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında