Sahil Babayev 5 rayonun sakinləri ilə görüşüb

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran rayonunda həmin rayonun və Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinlərini fərdi qaydada  qəbul edərək, müraciətlərini dinləyib.

S.Babayev görüşdən öncə şəhər İH-nin başçısı Taleh Qaraşovla ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Qəbul zamanı qeyd olunan rayonların sakinlərinin əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə (pensiya və müavinət, təqaüd, sosial yardım və s.) hüququn müəyyən edilməsi, imtiyazlı şəxslərin mənzillə təmin olunması, sosial sığorta, məşğulluğun təmin olunması, özünüməşğulluq proqramına və reabilitasiya xidmətlərinə cəlb edilmə, əlilliyin qiymətləndirilməsi  məsələlərinə dair müraciətləri cavablandırılıb. Müraciətlərin bir hissəsi sorğu xarakterli olduğundan vətəndaşlara aidiyyəti üzrə qanunvericilik əsasında izahatlar verilib. Digər müraciətlərdə əksini tapan məsələlərlə bağlı müvafiq tədbirlər görülməsi, bir sıra məsələlərin elə yerindəcə həll edilməsi üçün S.Babayev tərəfindən nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Əhalinin sosial müdafiəsi sahəsində görülən işləri diqqətə çatdıran S.Babayev, həmçinin bu 5 rayonda ƏƏSMN tərəfindən son illərdə 26 fərdi yaşayış evininin inşa etdirilərək Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim edildiyini, 20-yə yaxın fərdi evin tikilməkdə olduğunu, bu ilin birinci yarısında 3 minə yaxın şəxsin məşğulluğunun təmin edildiyini bildirib.

Nazir ötən il 40 nəfərin özünüməşğulluq proqramına cəlb edildiyi  Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonları üzrə bu il 460 nəfərin həmin proqramda iştirakının planlaşdırıldığını, onlardan artıq böyük əksəriyyətinin kiçik biznesin təşkili ilə bağlı təlimlərə cəlb olunduğunu qeyd edib. S.Babayev, həmçinin ƏƏSMN-nin Lənkərandakı Əlilliyi olan Şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işlərinin aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. 

Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, məşğulluq imkanlarının artırılmasına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında