Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası başa çatmışdır

Aprelin 9-da Bakı İdman Sarayında ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq layihə olimpiadasının bağlanışı olmuşdur. Tədbirdə, eyni zamanda, olimpiadanın qalibləri mükafatlandırılmışlar.
Mərasimdə bir sıra dövlət rəsmiləri, QHT nümayəndələri, ali və orta ixtisas təhsil ocaqlarının rəhbərləri iştirak etmişlər.
Təhsil naziri Misir Mərdanov bildirmişdir ki, müstəqilliyimizin 20-ci ildönümü ərəfəsində belə bir tədbirin reallaşması təqdirəlayiqdir. Beynəlxalq tədbir vasitəsilə 35-dən çox ölkənin nümayəndəsi bir-birini daha yaxından tanımış və Azərbaycan haqqında daha geniş məlumat əldə etmişdir. Ekoloji mühitin qorunması Azərbaycanda prioritet məsələlərdən biridir. Bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı və diqqət göstərilir. 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan edilməsi bunun bariz nümunəsidir.
Olimpiadanın təşkilat komitəsinin rəhbəri Arif Gömleksiz demişdir ki, layihədən məqsəd dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəslə bilik vermək, şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas münasibəti formalaşdırmaq olmuşdur. Bu il Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş olimpiadanın iştirakçılarının sayı daha da artmış, 35 ölkədən 300-dək iştirakçı müxtəlif layihələrlə yarışmışdır.
Tədbirdə iştirakçılar enerji, ətraf mühit mühəndislik və sosial elmlər kateqoriyaları üzrə mükafatlandırılmışlar.
Olimpiada təhsil, ekologiya və təbii sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi və "Çağ" Öyrətim İşlətmələrinin və Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında