İğtişaş törədənlər məsuliyyətə cəlb olunmalıdır

Son günlər bəzi müxalifət partiyalarının və Azərbaycanda özünü "demokratik qüvvə" hesab edən qanunsuz qurumun -İctimai Palatanın ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyi pozmaq məqsədi ilə qanunsuz mitinqlər keçirmək cəhdləri bütün sağlam düşüncəli vətəndaşlar kimi məni də həddən artıq hiddətləndirmişdir.
Xarici qrantlar və yardımlar müqabilində milli maraqlarımıza xəyanət edən, heç bir sosial bazası olmayan, ölkəmizin durmadan artan iqtisadi gücünü, beynəlxalq nüfuzunu, əhalinin günbəgün yaxşılaşan sosial rifahını gözü götürməyən qüvvələr yenidən baş qaldırıblar. Bir neçə ərəb ölkəsində baş vermiş inqilabların, guya, Azərbaycanda da olacağı barədə sərsəm düşüncələrlə biz insanları küçə yürüşlərinə, mitinqlərə çağıran və onları dəstəkləyənlər arasında Müsavat Partiyasının da olmasına təəssüf hissi keçirir, İsa Qəmbər kimiləri ilə bir sırada olmağı özümə rəva görmürəm. Ona görə də bu partiyanın sıralarını tərk etmək barədə bəyanat verirəm.

{nl}

Kəmaləddin HACIYEV, Qax rayonu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında