“Uğurlu qadın, uğurlu gələcək” layihəsinə start verilib

Coca-Cola, ASAN könüllüləri və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dəstəyi və təşkilatçılığı ilə qadınların turizm sahəsində təşəbbüslərinə yaşıl işıq yandırmaq mədsədilə “Uğurlu qadın, uğurlu gələcək” layihəsi çərçivəsində ilk komponent təlimlərə start verilib. Azərbaycanın əsas turizm marşrutları üzrə nəzərdə tutulan altı günlük təlimlərin gündəliyinə turizmin əsasları və idarəçiliyi, müştəri xidməti, gigiyena kimi bir sıra maraqlı mövzular daxil edilib. 
 
Universitetin mətbuat xidmətindən verilən məlumatda  bildirilir ki, Coca-Cola Fondunun dəstəklədiyi “Uğurlu qadın, uğurlu gələcək” layihəsi turizm potensialı ilə zəngin olan Qəbələ, Gəncə, Masallı şəhərlərini və ətraf bölgələri əhatə edəcək. Layihənin məqsədi bölgə qadınlarını təlimlərə cəlb etməklə, turizm biznesinə həvəsləndirib, bu sahədə dövlət siyasətinə və biznes təşəbbüslərinə dəstək olmaqdan ibarətdir. 
Tədris Türkiyənin tanınmış mütəxəssisləri və Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyəti tərəfindən hazırlanan müştərək proqram əsasında ödənişsiz həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, adıçəkilən layihə ASAN Könüllüləri tərəfindən BMT-nin Dayanıqlı İnkişaf  Məqsədlərindən biri – Gender bərabərliyinə nail olmaqla, bütün qadın və qızların səlahiyyətlərinin genişləndirilməsi müstəvisində həyata keçirilir.   
 “Uğurlu qadın, uğurlu gələcək” layihəsi çərçivəsində təşkil olunan təlimlər iyulun 16-dan 20-dək Qəbələdə, iyulun 22-dən 27-dək Gəncədə, avqust ayının 6-dan 11-dək isə Masallıda keçiriləcək.
Təlimi uğurla başa vuran iştirakçılara Coca-Cola, ASAN Xidmət və ATMU-nun loqosu əks olunan sertifikatları təqdim ediləcək. 
Z.BƏŞİRQIZI,
 “Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında