Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin birgə məlumatı

Cari il aprelin 2-də Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə Bakı şəhər sakini Reyhan İsgəndərlinin evdən çıxaraq naməlum istiqamətə getməsi və bir daha geri qayıtmaması barədə məlumat daxil olmuşdur. 
İlkin araşdırmalarla Reyhan İsgəndərlinin qətlə yetirilməsinə dəlalət edən kifayət qədər əsaslar müəyyən edildiyindən, Nəsimi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Prokurorluq və polis orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də R.İsgəndərlinin keçmiş həyat yoldaşının qohumu Gəncə Cəfərov və sonuncunun evində təmir işləri aparmış İlqar Ağayev şübhəli şəxs qismində saxlanılmışlar. Onlar ifadələrində aprelin 1-də Gəncə Cəfərovun evində olarkən aralarında baş vermiş mübahisə zəminində Reyhan İsgəndərlini qətlə yetirdiklərini, meyitini avtomaşınla Xızı rayonuna aparıb Altıağac qəsəbəsinə gedən yolun kənarındakı ərazidə basdırdıqlarını etiraf etmişlər.
Meyit göstərilən yerdən çıxarılaraq, müayinə üçün məhkəmə-tibbi ekspertizasına göndərilmişdir.
Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında