“Azərişıq” ASC 2018-ci ilin 6 ayı ərzində qarşıya qoyulan tapşırıqları artıqlaması ilə yerinə yetirib

“Azərişıq” ASC 2018-ci ilin 6 ayı ərzində qarşıya qoyulan bütün tapşırıqları artıqlaması ilə yerinə yetirib. Respublikanın bütün istehlakçılarını keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün ən vacib işlər həyata keçirilib.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən bildiriblər ki, Bakı şəhəri və regionlarda elektrik təchizatının yaxşılaşdırılması üçün yenidənqurma işləri aparılıb. Elektrik enerjisinin keyfiyyətli təminatı üçün 6 ay ərzində 192 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, hava xətləri çəkilib və təmir olunub, müxtəlif gərginlikli dayaqlar quraşdırılıb.

2018-ci il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, 2018-ci il iyunun 5-də Goranboy rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Dəliməmmədli” və 110/35/10 kV-luq 2x40 MVA gücündə “Kürəkçay” yarımstansiyalarının açılışında iştirak edib. Mərkəzdə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində təhlil edilməsi, sayğacların oxunması, yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin monitorinqinin aparılması mümkün olacaq.

6 ay ərzində ümumilikdə 135.494 ədəd olmaqla, əhali istehlakçılarına aid 122.602 ədəd, qeyri-əhali istehlakçılarına aid 12892 ədəd uçot dəstləri bərpa olunub. Bundan əlavə ümumilikdə 100.799 ədəd, o cümlədən əhali istehlakçılarına aid 90.369 ədəd, qeyri-əhali istehlakçılarına aid 2.462 ədəd köhnə elektrik sayğacları yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi hesabat dövründə 94,6 faizə çatdırılıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında