Beynəlxalq konfransın iştirakçıları memorandum qəbul etmişlər

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda keçirilən "Mədəniyyətlərin müxtəlifliyi və müasir dünyada dialoq fəlsəfəsi" mövzusunda beynəlxalq konfransın son günündə Avropa və Asiya Fəlsəfə İnstitutları Beynəlxalq Assosiasiyası direktorlarının xüsusi iclası keçirilmişdir.
İclasda Azərbaycanlı alimlərin "Mədəniyyətlərin dörd tipi və onların qarşılıqlı münasibətləri", "Mədəniyyətlərarası dialoq çərçivəsində "mən" və "başqası" məfhumlarının fəlsəfi təməlləri", "Postmodern fəlsəfədə milli-mənəvi dəyərlər: mədəni müxtəliflik prizmasından" və digər mövzularda məruzələri dinlənilmişdir.
Məruzələrdə müxtəlif mədəniyyətlər arasında dialoq fəlsəfəsinin işlənib hazırlanması, xalqlar arasında əməkdaşlığın təsirli formalarının təşəkkülünə şərait yaradan universal və lokal dəyərlərin əlaqələndirilməsi problemləri və digər məsələlər qaldırılmışdır.
Sonda iclasın iştirakçıları adından memorandum qəbul edilmişdir.
Sənəddə qeyd edilmişdir ki, qloballaşma şəraitində dünya mədəniyyətlərinin özgürlüyü və müxtəlifliyinin mühafizəsi üzrə ciddi səylərin göstərilməsi ilə yanaşı, mədəniyyətlərin qarşılıqlı əlaqələri prosesi də genişlənir. Əminliklə bildiririk ki, bu şəraitdə mədəniyyətlərin dialoqunun məntiqli və konstruktiv alternativi yoxdur.
İclas iştirakçıları olan filosoflar bəşəriyyətin bu günü və yaxın gələcəyini mədəniyyətlərin dialoqunda, mədəni müxtəlifliyə malik dünyanın birliyinin qorunub saxlanmasında görür.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında