Gəncləri dövlətçiliyə qarşı aksiyaya çağıranlara ar olsun !

2006-cı ildən AXCP-nin üzvüyəm. 2 aprel 2011-ci il tarixdə üzvü olduğum partiyanın icazəsiz mitinq keçirməyə cəhd etməsini biləndə çox qəzəbləndim.
Biz azərbaycanlıyıq. Bizim bir düşmənimiz var, o da qəddar ermənilər. Biz çalışıb Qarabağı, işğal altında olan ərazilərimizi azad etməliyik. Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik. Radikal müxalifətin başında dayanan İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Arif Hacılı kimilərinin qanunazidd çağırışlarını eşidəndə onlara qarşı nifrətim daha da artır, belələrinə "ar olsun" deyirəm. Paytaxtımız Bakı şəhərində bu cür vandal aktların keçirilməsi, mağaza və evlərin şüşələrinin sındırılması, xüsusilə gənclərin bu işlərə təhrik edilməsi bağışlanılmazdır. Ona görə də mən üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarını etiraz əlaməti olaraq tərk edirəm. Ölkədə gedən quruculuq işlərini görərək Yeni Azərbaycan Partiyasının üzvü olmağı qərara almışam. Prezident İlham Əliyevin daxili və xarici siyasətini bəyənir və dəstəkləyirəm.

{nl}

Xudaverdi HÜSEYNOV, Şamaxı rayonu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında