Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icmasının gəncləri bəyanat yaymışlar

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının gəncləri aprelin 2-də Bakıda radikal müxalifət tərəfindən törədilən qanunazidd hadisələrlə bağlı bəyanat yaymışlar.
AzərTAc-a daxil olmuş bəyanatda ölkəmizin qazandığı uğurlara, milli dövlətçiliyin, demokratikləşmə prosesinin, ictimai həyatın müxtəlif sahələrinin müasir dünyanın tələblərinə uyğunlaşdırılmasına hər bir azərbaycanlının qəlbən sevindiyi qeyd olunur. İnamla vurğulanır ki, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edənlər hər zaman qanunun tələblərinə müvafiq cəzalarını alacaqlar. Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, eləcə də, kütləvi aksiyalara səbəb ola biləcək hal yoxdur.
Sənəddə radikal müxalifət partiyalarının aprelin 2-də qeyri-qanuni mitinq keçirmək istəyinə münasibət bildirilir: "Radikal müxalifətin qeyri-qanuni mitinq keçirmək cəhdi bu qüvvələrin ictimai rəydə ikrah hissi doğuran ənənəvi təbliğat metodlarından əl çəkə bilmədiklərini göstərdi. Bu qüvvələr alternativ ideya və proqramlarla çıxış etmək əvəzinə, öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Xarici himayədarların maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairələrin iç üzünü xalq bir daha gördü".
Bəyanat müəllifləri diqqətə çatdırırlar ki, Azərbaycan rəhbərliyinin yeritdiyi uğurlu gənclər siyasəti yeni nəslin hərtərəfli inkişafı üçün böyük imkanlar yaratmışdır. Məhz bunun nəticəsidir ki, gənclərimiz parlament və bələdiyyə seçkilərində xeyli uğur qazanmışlar. Azərbaycan gəncliyi ölkəmizi böyük iqtisadi inkişaf yoluna çıxarmış ümummilli liderimiz Heydər Əliyev siyasətini və bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevi dəstəkləyir və onun ətrafında sıx birləşmişdir. Cəmiyyətdə baş verən proseslərin önündə gedən gənclər dövlətçiliyimizə qarşı yönəlmiş istənilən təxribatların qarşısını almağa qadirdirlər.
Bəyanat bu sözlərlə bitir: "Müxalifət qüvvələrinin mitinq çağırışları obyektiv reallıqdan qaynaqlanmadığı üçün insanları çaşdıra, aydın fikirli fəal vətəndaşları tutduqları dövlətçilik mövqeyindən yayındıra bilməz... Qarabağlılar öz dövlətinə, öz rəhbərinə həmişə sədaqətli olmuşlar. Bu münasibət bu gün də dəyişməz qalır".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında