Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi

Aprelin 9-da Türkiyənin məşhur "Akare International Education Fairs" şirkətinin təşkilatçılığı ilə Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi açılmışdır. 
Sərgidə Türkiyə, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, İsveçrə, Litva və digər ölkələrin universitetləri iştirak edirlər. Sərgidə ümumilikdə 12 ölkənin 60 ali təhsil ocağı təmsil olunmuşdur.
Tədbirdə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları barədə ətraflı məlumat verilmişdir. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandırmışlar.
Sərginin açılış mərasimində Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil üzrə müşaviri Abdullah Özişçi, "Akare International Education Fairs" şirkətinin icraçı direktoru Nazim Özsoylu, Qafqaz Universitetinin rektoru Əhməd Saniç və başqaları iştirak etmişlər.
Təhsil sərgisi iki gün davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında