Azərbaycan və İraq arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

Bakıda öz işini uğurla başa çatdırmış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aprelin 9-da Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İraqın Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 
AzərTAc xəbər verir ki, imzalanma mərasimindən əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan ilə İraq arasında mövcud olan tarixi dostluq münasibətləri haqqında danışmışdır.
Nazir sənədin imzalanmasını ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi baxımından mühüm addım kimi qiymətləndirmişdir.
İraqın mədəniyyət nazirinin müavini Tahir Nazir Mahmud Əl Hamud ölkəsinin zəngin mədəniyyətə malik olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirmiş, bu baxımdan memorandumun əhəmiyyətini xüsusi vurğulamışdır.
Sonra Əbülfəs Qarayev və Tahir Nazir Mahmud Əl Hamud Anlaşma Memorandumunu imzalamışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında