Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 649 637 nəfərə çatıb

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 82892 nəfərə fərdi şəxsi hesab açılıb.

Həmin şəxslərin hər birinə uçota alındıqlarını və onlar üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilərək təqdim olunub.

Fərdi şəxsi hesablarda sığortaolunanların gələcək pensiya təminatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar və ödənilən sosial sığorta haqları hesabına pensiya kapitalı toplanır. Hər bir sığortaolunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə real vaxt rejimində fərdi şəxsi hesablarında yığılmış pensiya kapitalı barədə məlumat əldə edə bilər.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, 2018-ci il iyulun 1-i tarixinə Fondun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 152 959 nəfər və ya 4,4 faiz artaraq 3 649 637 nəfərə çatıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında