AŞPA-nın yaz sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılmış alt komitənin işinin təşkili və fəaliyyəti barədə müzakirələr aparılacaqdır

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcəkdir. 
AŞPA-nın aprelin 11-dən 15-dək keçiriləcək yaz sessiyasında Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı iqtisadi-inkişafa təsiri, mədəniyyətlərarası dialoqda dini meyarlar, yoxsulluqla mübarizə, işgəncələrin qarşısının alınması mexanizminin gücləndirilməsi, uşaq və gənclərin şəkərli diabet və artıq çəkidən qorunması, miqrant qadınların hüquqlarının müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə və digər məsələlər barəsində müzakirələr aparılacaqdır.
Sessiyanın gündəliyinə Azərbaycanla bağlı məsələ salınmasa da nümayəndə heyətimiz ölkəmiz üçün vacib olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələni qaldıracaqdır. Ən əsası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılmış alt komitənin işinin təşkili və fəaliyyəti barədə müzakirələr aparılacaqdır. Azərbaycan nümayəndə heyəti alt komitənin işini yüksək səviyyədə təşkil etmək üçün mövqeyini ortaya qoymağa hazır olduğunu bəyan etmişdir.
AŞPA-nın sədri Mövlud Çavuşoğlu demişdir ki, bu məsələ qurumun Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamənin tələbidir. Həmin qətnaməyə əsasən məsələni daim gündəmə gətirmək bir sədr kimi mənim vəzifə borcumdur. Ermənistana da məsələ ilə bağlı ictimaiyyətə yanlış məlumat verilməməsi barədə xəbərdarlıq edilmişdir.
Mövlud Çavuşoğlu onu da bildirmişdir ki, sessiya çərçivəsində beş əsas dinin Avropadakı liderlərinin toplantısı da keçiriləcəkdir. Bu dinləmələrdə AŞPA-nın deputatları ilə yanaşı, müxtəlif qurumların nümayəndələri də iştirak edəcəklər.
AŞPA sədri iyunda isə qeyri-hökumət təşkilatlarının və siyasi liderlərin iştirakı ilə bu istiqamətdə daha geniş müzakirələrin təşkil olunacağını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında