Birinci yarımildə 37,6 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2018-ci ilin birinci yarımilində 37613 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3959 nəfər və ya 11,8 faiz çoxdur.

Bu dövrdə Xidmətin xətti ilə 510 nəfər ödənişli əsaslarla ictimai işlərə cəlb olunub. Peşə və ixtisası olmadığına görə iş tapmaqda çətinlik  çəkən, yaxud peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini dəyişməsi zəruri olan 1501 nəfər üçün  Xidmət tərəfindən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib. 69,2 min nəfər gənc isə əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə dəstək məqsədilə peşəyönümü tədbirlərinə cəlb olunub.

Dövlət Məşğulluq Xidmətinin əmək birjaları tərəfindən qısamüddətli iş üçün müraciət edən 1410 nəfər müvəqqəti xarakterli işlərə göndərilib.

Hesabat dövründə Xidmət tərəfindən ölkənin 10 rayon və şəhərində əmək yarmarkaları keçirilməklə, 280 müəssisədən 3 minədək vakant iş yeri təqdim edilib. Həmçinin 4 ali təhsil müəssisəsində tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə  “Karyerada ilk addım” devizi ilə aktiv tədbirlər təşkil olunub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında