Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiyanın ikinci hissəsi keçirilmişdir

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiyanın ikinci hissəsi keçirilmişdir. 
Tədbirdə çıxış edənlər qloballaşan dünyada qadınların rolunun getdikcə artdığını bildirmişlər. Qeyd edilmişdir ki, bu cür tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir və gələcəkdə onun müsbət nəticələri olacaqdır. 2008-ci ildə Bakıda keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsi" mövzusunda Beynəlxalq Forumun nailiyyətləri və həmin tədbirin Bəyannaməsinə əsasən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Qadınlar mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiya mühüm əhəmiyyət daşıyır.
Diqqətə çatdırılmışdır ki, qadınların mədəniyyətlərarası dialoqun təşkilində və inkişafında mühüm xidmətləri vardır. Bu amil getdikcə artmaqdadır.
Çıxış edənlər belə bir mötəbər tədbirin məhz gender bərabərliyinin qorunduğu bir ölkə olan Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirmişlər. Dünyada müxtəlif siyasi, sosial və mədəni problemlərin həllini hələ də tapmadığı bir dövrdə mədəniyyətlərarası dialoqa çox böyük ehtiyac olduğu vurğulanmış və bu məsələdə qadınların təcrübələrinin müxtəlifliyinə ədalətlə yanaşmağın vacibliyi qeyd edilmişdir. Hələ də bir çox ölkələrdə qadınlara qarşı zorakılıq hallarının baş verdiyini söyləyən natiqlər zərif cinsin nümayəndələrinə etimad göstərməyin vacibliyini bildirmişlər.
Sessiyada gender bərabərliyinin bütün sosial və mədəni sahələrdə hər şeydən üstün tutulması, o cümlədən ənənəvi və müasir cəmiyyətlər daxilində qadınların mövqelərinin daha da güclənməsinin vacibliyi vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında