Radikal müxalifət partiyalarından istefalar davam edir

Bu gün ölkənin ayrı-ayrı bölgələrindən SİA-ya daxil olmuş məlumatlara görə, radikal müxalifət partiyalarının 19 şəhər və rayon təşkilatlarından daha 90 nəfər istefa verdiyini bəyan edib. 
Müxalifət partiyalarının üzvləri Bakı şəhərində sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdlərinə etiraz edir, keçmiş "liderlərini" xaos, anarxiya yaratmaq siyasəti yürütməkdə günahlandırırlar.
Ümumilikdə, 5-8 apreldə Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ALP, ADP və Xalq partiyasının sıralarını 911 nəfər tərk edib. AXCP-dən 380, Müsavatdan 290, AMİP-dən 137, KXCP-dən 44, Ümid partiyasından 41, ALP-dən 12, ADP-dən 5, Xalq partiyasından 2 nəfər istefa verdiyini bəyan edib. Bu gün radikal müxalifət partiyalarının Zərdab (24 nəfər) və Qax (11 nəfər) rayon təşkilatlarını tərk edənlərin sayı daha çox olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında