Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi Masallıda

     Əsas məqsədi cəmiyyətin hüquqi və iqtisadi maarifləndirməsi işinə töhvə vermək olan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlətimizin həyata keçirdiyi siyasəti, görülən işləri qəbul olan qanunları və proqramları əhalimiz arasında daha geniş təbliğ etmək istiqamətində layihələr həyata keçirir. Özəlliklə bölgələrdə, kəndlərdə qadınlarımızın, böyüyən gənc qızlarımızın, gənclərimizin vacib mövzu ətrafında geniş maarifləndirmə işlərinə dəstək olmaq birliyin xüsusi diqqət mərkəzindədir.

  İyulun 13--14-də Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi Masallıda ardıcıl olaraq bir neçə tədbir həyata keçirib. Bunlar gənclərin maariflənməsinə, dünyagörüşünün artmasına xidmət edən kitab gününə, tariximizin, həqiqətlərimizin və mədəniyyətimizin təbliğində gəncliyin rolu və sosial şəbəkələrdən istifadənin vacibliyi, gənclərin asudə vaxt probleminə kömək məqsədilə təkliflər və gənclər arasında zərərli vərdişlərə və əsasən də narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbirlərdir.
   Qeyd edək ki, bu gün bunlar çox vacib və önəmli məsələlərdir. Bu yöndə gənclərimizin daha da məlumatlı olması üçün Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi Masallıda yerləşən təhsil ocaqlarını seçdi. 
İctimai birliyin sədri A. Bağırovanın təşkilatçılığı ilə rayonun mərkəzində, Ərkivan qəsəbəsində, Bədalan və Hişkədərə kəndlərində təşkil olunmuş çox önəmli mövzular ətrafında tədbirlərdə çıxış etmək üçün Milli Məclisin dəyərli deputatları Qənirə Paşayaeva, Rəşad Mahmudov, AYB-nin katibi Rəşad Məcid və şair Xəyal Rza da tədbirdə iştirak edirdilər.
   Öncə Masallı Rayon İcra Hakimiyyətinin  başçısının müavinləri və təhsil şöbəsinin müdiri ilə geniş və gözəl müzakirələr oldu. Qonaqlara Masallıda həyata keçirilən önəmli layihələr, təhsillə bağlı görülən işlər, xüsusən də, qızların təhsilinə son illər xüsusi diqqqətin ayrılması və əldə olunan müsbət nəticələrlə bağlı çox önəmli və maraqlı məlumatlar verdilər. A Bağırova dedi: “Həqiqətən də əsl vəziyyəti ancaq yerində görmək mümkündür. Ölkəmizin hər bir bölgəsi bizim üçün əzizdir və inanırıq ki, Masallıda həyata keçirilən önəmli layihələr bu gözəl bölgəmizin daha da inkişfında böyük rol oynayacaq və bu işdə vətəndaş cəmiyyətinin də fəal olması çox önəmlidir. Bu istiqamətdə fəalliyyətinizdə sizdən çox şey gözləyirik və hər zaman uğurlar diləyirik”.
Tədbir iştirakçıları  Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər abidəsini ziyarət etdikdən sonra tədbirlərə start verilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında