Azərbaycan və İordaniya Haşimilər Krallığı arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sənəd imzalanmışdır

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İordaniya Haşimilər Krallığının mədəniyyət naziri Tariq Səlim Masarva aprelin 8-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür. 
Görüşdə iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.
Ə.Qarayev ölkələrimizdə qarşılıqlı mədəniyyət günlərinin yüksək səviyyədə keçirilməsini xatırladaraq vurğulamışdır ki, belə mədəni tədbirlər əlaqələrimizin daha da möhkəmlənməsinə güclü təkan verir.
Tariq Səlim Masarva Bakıda keçirilən Forumu yüksək qiymətləndirmiş və bu mötəbər ümumdünya məclisinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqində irəli sürülən müddəaların mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır.
Görüşdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2011- 2013-cü illəri əhatə edən əməkdaşlıq barədə tədbirlər planı imzalanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında