Sərhədçilər sayıqdırlar

2011-ci ilin mart ayı ərzində dövlət sərhədinin 37 dəfə pozulması halının qarşısı alınmış, 69 nəfər saxlanılmışdır. 
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, sərhəd pozucularının 49-u Azərbaycan, 8-i Əfqanıstan, 5-i İran, 3-ü Gürcüstan, 2-si Rusiya,1-i isə Qırğızıstan vətəndaşıdır.
Sərhəd rejim qaydalarını pozduqları üçün sərhədin yaşıl sahəsində 26 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını pozduqları üçün 21 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Axtarışda olan 117 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 5 kiloqram 248 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsi cəhdinin, ümumi dəyəri 164 min manat olan qaçaqmalın sərhəddən keçirilməsinin qarşısı alınmışdır. Bir əl qumbarası, 250 ədəd 12 mm-lik patron, 1 tir tüfəngi, 17500 metr balıq toru, çoxsaylı mobil telefon və aksesuarları, kosmetik vasitələr, spirtli içkilər, siqaretlər, dərman preparatları, geyim əşyaları, ərzaq və kənd təsərrüfatı məhsulları qaçaqmal kimi Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən götürülmüşdür.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında