Mövlud Çavuşoğlu: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etdiyi üçün Azərbaycana təşəkkür edirik"

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etdiyi üçün Azərbaycan dövlətinə və hökumətinə təşəkkür edirik.
Bunu AzərTAc-a Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu bildirmişdir.
M.Çavuşoğlu demişdir ki, AŞPA sədri olaraq Avropada mədəniyyətlərarası və dinlərarası dialoqun artırılması və inkişaf etdirilməsi mənim üçün prioritet sahələrdən biridir. Xüsusilə son dövrlərdə irqçiliyin, ekstremizmin və dini ayrı-seçkiliyin artmasının qarşısının alınması ilə mübarizənin ən mühüm vasitəsi mədəniyyətlərarası dialoqun artırılmasıdır. Azərbaycan tərəfi belə bir tədbiri təşkil etməklə təkcə mədəniyyətlərarası dialoqun inkişafına deyil, Avropa Şurasının da işinə köməklik göstərmiş oldu. Biz Azərbaycanın bu cür təşəbbüslərini dəstəkləyir və yüksək qiymətləndiririk. Bu tədbir həm də Azərbaycanın beynəlxalq imicinin artmasına və mövqelərini möhkəmlənməsinə xidmət edir.
M.Çavuşoğlu qeyd etmişdir ki, AŞPA da apreldə mədəniyyətlərarası dialoqun dini elementləri ilə bağlı mühüm tədbir keçirəcəkdir. Tədbirdə beş əsas dinin Avropadakı liderlərinin, eləcə də müxtəlif konfessiyaların, qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. İyun ayında isə qeyri-hökumət təşkilatlarının və siyasi liderlərin iştirakı ilə bu istiqamətdə daha geniş müzakirələr təşkil olunacaqdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında