Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır

Aprelin 8-də Bakıda öz işini davam etdirən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Sənədi İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və TÜRKSOY-un baş katibi Düsen Kaseinov imzalamışlar.
İSESKO-nun baş direktoru bildirmişdir ki, TÜRKSOY-a üzv olan ölkələr İslam mədəniyyətinə, ümumiyyətlə, dünya mədəni irsinə böyük töhfə vermişlər. Biz inanırıq ki, iki qurumun birgə əməkdaşlığı yeni layihələrin, tədbirlərin daha böyük coğrafi ərazidə keçirilməsinə təkan verəcəkdir.
Düsen Kaseinov da öz növbəsində belə mühüm bir sənədin imzalanmasını qarşılıqlı əməkdaşlıq üçün böyük bir addım hesab etmişdir. Natiq inamla söyləmişdir ki, hər iki qurum bundan sonra da İslam mədəniyyətinin təbliğinə yeni töhfələr verəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında