Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

Azərbaycan Respublikasının Nazirlər Kabineti bir sıra yeni qərarlar qəbul etmişdir. 
Yeni qərarlarla Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" özünün 2000-ci il 20 noyabr tarixli, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında" 1997-ci il 2 may tarixli və "Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 2004-cü il 6 oktyabr tarixli qərarlarında dəyişikliklər etmişdir.
Digər qərarı ilə Nazirlər Kabineti "Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları"nı təsdiq etmişdir.
Bu qərarlar aprelin 4-dən qüvvəyə minmişdir.
Nazirlər Kabineti, həmçinin "Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 avqust tarixli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə "Bakı şəhərindəki 26 nömrəli Uşaq Musiqi Məktəbinə Müslüm Maqomayevin adının verilməsi haqqında" qərar qəbul etmişdir.
Qərar aprelin 5-dən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, həmin qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında