Prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu davam etdirilir

Azərbaycan Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikası Prokurorluğu tərəfindən 2011-ci il yanvarın 6-da vakant olan 100 ştat vahidi üzrə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir.
Respublika Prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsinə müvafiq olaraq 2002-ci ildən tətbiqinə başlanılan və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yoludur. Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin savadlı, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvərliyi və dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olmuşdur.
2002-ci ildən başlayaraq, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, ictimaiyyətin, qeyri-hökumət və beynəlxalq təşkilatların, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilmiş müsabiqələr nəticəsində prokurorluqda qulluğa qəbul edilməklə hazırda mövcud kadr korpusunun 41 faizini təşkil edən gənc mütəxəssislər təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifə borclarını nümunəvi icra etdiklərinə görə həmin gənclərin 60-dan çoxu Respublika Prokurorluğunun Mərkəzi aparatında məsul vəzifələrə irəli çəkilmişdir.
Bu ənənə davam etdirilməklə, cari ilin yanvar ayında Respublika Prokurorluğu tərəfindən vakant vəzifələrin hərtərəfli hazırlıqlı gənc mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədi ilə elan edilmiş növbəti - prokurorluq üzrə sayca 10-cu müsabiqə ilə əlaqədar hazırda sənədlərin qəbulu həyata keçirilir və bu proses aprelin 29-na kimi davam etdiriləcəkdir. Sənədlərin qəbulu başa çatdırıldıqdan sonra test imtahanının vaxtı və yeri, imtahan sualları toplusunun əldə olunması qaydası, toplunun hazırlanmasında istifadə olunan normativ aktların siyahısı və digər məsələlər barədə mətbuat vasitəsilə, həmçinin Respublika Prokurorluğunun internet səhifəsində və qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.
Prokurorluq orqanlarında işləmək arzusunda olan hər bir gənc hüquqşünas Azərbaycan Respublikası Prokurorluğuna müraciət edərək tələb olunan sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilər. Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər aidiyyatı məsələlərlə əlaqədar prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və 492-62-23, 437-28-56, 492-74-32, 492-39-95 nömrəli telefonlar vasitəsi ilə zəruri məlumatları əldə etmək olar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında