Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən xarici jurnalistlərin bir qrupu AzərTAc-da olmuşdur

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən əcnəbi jurnalistlərin bir qrupu - Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş redaktoru Boris Xamalski, Ukraynanın Ukrinform agentliyinin xarici əlaqələr departamentinin rəhbəri Yaroslav Dovqopol və Argentinanın TELAM informasiya agentliyinin Latın Amerikası portalının rəhbəri Havyer Posse Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşlar.
Görüşdə milli xəbər agentliklərinin qarşılıqlı əlaqələrinin əhəmiyyətindən danışılmış, AzərTAc ilə TELAM arasında imzalanacaq əməkdaşlıq müqaviləsinin əhəmiyyəti vurğulanmışdır. AzərTAc-ın baş direktoru Aslan Aslanov demişdir ki, bu müqavilə təkcə iki agentlik arasında əməkdaşlığa deyil, eyni zamanda, Azərbaycan-Argentina münasibətlərinin inkişafına da töhfə verəcəkdir. TELAM-ın vitse-prezidenti, Dünya Xəbər Agentlikləri Şurasının prezidenti Serjio Novoaya müqavilənin imzalanması ilə bağlı onun üçün münasib vaxtda Azərbaycana dəvət olunmuşdur.
Görüşdə bildirilmişdir ki, AzərTAc Ukrinform və BTA ilə həm ikitərəfli qaydada, həm də MDB ölkələri Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (BSANNA) və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində fəal əməkdaşlıq edir.
Xarici jurnalistlər qonaqpərvərliyə və agentliklər arasında əlaqələrin dərinləşdirilməsi niyyətinə görə AzərTAc-ın rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, belə görüşlərin səmərəsini vurğulamışlar.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında