İçərişəhərdə "Meridian" otelindən "Kiçik Karvansara"ya qədər olan sahədə avtomobillərin hərəkəti iki ay ərzində dayandırılacaqdır

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirmişlər ki, son dövrlərdə İçərişəhərdə aparılan abadlıq və quruculuq işlərinin miqyası genişlənmişdir. İçərişəhərin tarixi irsinə xələl gətirmədən görülən işlər onun görkəmini və burada yerləşən qədim tikili və mədəniyyət obyektlərinin əhəmiyyətini daha da artırmışdır. 
Aprelin 11-dən "Meridian" otelindən "Kiçik Karvansara"ya qədər olan sahədə yolun və kommunikasiya xətlərinin əsaslı təmirinə başlanıldığı üçün iki ay ərzində bu istiqamətdə avtomobillərin hərəkəti mümkün olmayacaqdır.
İdarə şəhər əhalisinə və qonaqlara müraciət edərək bu səbəbdən Kiçik Qala küçəsindən istifadə etməyi xahiş edir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında