Bakı Forumu çərçivəsində təşkil edilmiş "Ən yaxşı fotoşəkil" müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində dünya xalqları və müxtəlif sivilizasiyalar arasında "Mədəniyyətlərarası dialoq mövzusunda ən yaxşı fotoşəkil" müsabiqəsi elan edilmişdir. 
Forumun keçirildiyi "Gülüstan" sarayında açılmış fotosərgidə yüzdən çox əsər nümayiş olunmuşdur. Forum iştirakçıları qalibləri gizli səsvermə yolu ilə müəyyənləşdirmişlər.
Azərbaycanda və dünyada yaşayan müxtəlif xalqlar, mədəniyyətlər və dinlər arasında birgə yaşama ənənələrinə, dialoq və əməkdaşlığın təbliğinə xidmət edən fotomüsabiqənin qalibləri aprelin 8-də "Buta" sarayında mükafatlandırılmışlar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forumun öz işini uğurla başa çatdırdığını vurğulamışdır. Nazir forumun işində yüksək səviyyədə iştirak etdiklərinə görə bütün qonaqlara Azərbaycan Prezidenti İlham Əliyevin adından dərin təşəkkürünü bildirmişdir.
Qeyd edilmişdir ki, gizli səsvermə yolu ilə fotomüsabiqə iştirakçılarına verilmiş ballar əsasında qaliblərin adı müəyyənləşdirilmişdir.
Müsabiqənin nəticələrinə əsasən, Şirin Rzayeva "Xınalıqda bir oğlan" adlı əsərinə görə birinci, Rafiq Qəmbərov "Biz bir ailəyik" fotoşəkilinə görə ikinci, Fərid Xayrulin "Mədəniyyətlərin dialoqu" adlı fotosuna görə üçüncü yerə layiq görülmüşlər.
Qaliblərə diplom və pul mükafatı təqdim olunmuşdur.
Tədbir geniş konsert proqramı ilə davam etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında