Fransa Azərbaycan ilə hüquqi əməkdaşlığın inkişafında maraqlıdır

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Fransanın sabiq ədliyyə naziri, Avropa Parlamentinin deputatı xanım Rəşidə Dati aprelin 8-də Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür. 
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, F.Məmmədov ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən hüquqi əlaqələrin inkişaf etdiyini vurğulamış, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirildiyini, xüsusilə hakimlərin sayının iki dəfə artırıldığını, hakimliyə namizədlərin ən şəffaf prosedurlarla seçildiyini qeyd etmiş, Azərbaycanın bu sahədə qazandığı müsbət təcrübənin Avropa Şurası tərəfindən yayılmasının qərara alındığını bildirmişdir.
Xanım Rəşidə Dati Azərbaycanda bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlardan xəbərdar olduğunu vurğulamış, bu sahənin daim təkmilləşdirilməsinin vacibliyini qeyd etmişdir.
Qonaq Azərbaycanla hüquqi əlaqələri daha da genişləndirməkdə maraqlı olduqlarını bildirmişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun da iştirak etdiyi görüşdə insan hüquqlarının təşviqi, inzibati məhkəmələrin fəaliyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında