Sosial işçi peşəsinə həsr olunmuş dəyirmi masa

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığı qurbanlarına xidmət göstərən sosial işçilərin təcrübəsinin artırılması məqsədilə maarifləndirmə işinin təşkili” adlı layihəsinin yekunu ilə bağlı  Gəncliyə Yardım Fondunda dəyirmi masa keçirilmişdir. 

Layihə rəhbəri Nailə İsmayılovanın verdiyi məlumata görə, iki universitetdə - BDU və ATMU-nun sosial işçi ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə təşkil olunmuş 2 günlük seminarlardan sonra keçirilən bu dəyirmi masa layihənin yekununa həsr olunmuşdur.
Dəyirmi masa ətrafında sosial işin mahiyyəti və ali təhsil müəssisələrində sosial iş ixtisası üzrə mütəxəssislərin hazırlanmasıyla bağlı geniş müzakirələr aparılıb. QHT-yə Dövlət Dəstəyi Şurasının şura üzvü Nərgiz Xələf, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Aidə Ələkbərova, ƏƏSMN-in İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları, Azərbaycan Universitetindən Aygün Musayeva, Gəncliyə Yardım Fondundan Salman Əliyev, ADPU- nun müəllimi, professor Əhməd Qəşəmoğlu, M.Ə Sabir Fondundan Sevda Tahirli, BDU-dan Sona Çərkəz, ATMU-nun əməkdaşları və KİV nümayəndələri iştirak edirdilər. Çıxışlar zamanı daha çox soaial iş sahəsi üzrə geniş tədqiqat işlərinin aparılmasına ehtiyac olduğu səsləndirildi. 
      Sonda layihə rərbəri N.İsmayılova dəyirmi masa iştirakçılarına səsləndirilən fikirlərin və təkliflərin gələcək bu istiqamətdə həyata keçiriləcək layihədə nəzərə alınacağını, birlik tərəfindən hazırlanacaq təkliflər paketinin müvafiq qurumlara təqdim olunacağını bildirib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında