Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Paris şəhərinin yeddinci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati ilə görüşmüşdür

Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Paris şəhərinin yeddinci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati ilə görüşmüşdür.
Qonağı Bakıda görməkdən məmnun olduğunu deyən Mehriban xanım Əliyeva forumda iştirakına görə Rəşidə Datiyə təşəkkürünü bildirmişdir.
Azərbaycanın birinci xanımı Rəşidə Datinin tədbirdəki çıxışının maraqlı və məzmunlu olduğunu demişdir.
Azərbaycana dəvətə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən Avropa Parlamentinin üzvü Bakı Forumunda keçirilən müzakirələrdə iştirak etməkdən məmnun olduğunu vurğulamışdır.
Qonaq Mehriban xanım Əliyevanın qadınların cəmiyyətdə rolunun təşviqi sahəsində gördüyü işləri yüksək qiymətləndirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında