Şəmkir bu ilin 6 ayında işi ilə nümunə göstərdi…

       Şəmkir rayonunda 2018-ci ilin altı ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

          Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əvvəlcə İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl siyasətin nəticəsi kimi Azərbaycanın son illərdəki inkişafından danışıb. Rayon rəhbəri ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Şəmkirin sosial-iqtisadi həyatında 2017-cı ildə olduğu kimi bu ilin ötən ayları ərzində də nəzərəçarpacaq irəliləyişlərin olduğunu qeyd edib.

          Rayon icra hakimiyyəti başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşləri olmuş, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, adamların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası ilə bağlı konkret tədbirlər görülüb.

Hesabat dövründə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd olunması, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən biri kimi məruzədə qeyd edilib.

          Hesabat yığıncağında bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırığa uyğun olaraq rayon icra hakimiyyətində Şəmkirin iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı bir sıra işlər görülmüşdür. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində 2018-ci ilin 6 ayı ərzində rayon üzrə 35 milyon 405 min 300 manat investisiya qoyuluşu həyata keçirilmişdir. Qeyd olunan layihələrin reallaşması nəticəsində 2460 yeni iş yerinin yaradılması planlaşdırılmışdır.

          Şəmkir şəhərinin Həzi Aslanov, 28 May və Bülbül küçələrində ümumilikdə 15 min 900 kvadratmetr asfalt-beton örtüyü salınmış, 4510 kvadratmetr sahəyə üzlük tamet daşları qoyulmuşdur. Şəmkir-Çinarlı-Abbaslı avtomobil yolunun 15 kilometr hissəsi yenidən qurulmağa başlanıb.

          Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatının inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülmüşdür.

2018-ci ildə 43 min 10 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 16 min 824 hektar sahədə taxıl əkilmişdir ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.

          Hazırda ümumi sahəsi 958 hektar olan istixanalarda 6039 nəfər məhsul yetişdirməklə məşğuldur. Cari ildə rayon ərazisində 100 hektara yaxın yeni istixanaların tikintisi gözlənilir ki, onun da artıq 52,1 hektarı tikilmişdir.

İstixanalarda yetişdirilmiş 100 min tondan artıq pomidor məhsulunun 61 min tonu gömrük sərhəd buraxılış məntəqəsindən keçərək Rusiya Federasiyasının müxtəlif şəhərlərinə ixrac edilmiş, 40 min tona yaxın isə respublikamızın ərazisində satılmışdır.

          Ölkəmizdə baramaçılığın inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq 2016-cı ildən rayonda kiçik sahibkarlığın inkişafında mühüm yer tutan barama istehsalına başlanılmışdır. 2018-ci ildə barama planına 101,7 faiz əməl olunmaqla 12690,6 kiloqram barama istehsal edilmiş, “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir.

          Yığıncaqda rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi  diqqətə çatdırılıb.

                   Hamlet Qasımov,
«
Xalq qəzeti»nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında