Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tatarıstanın Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə görüşmüşdür

Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Tatarıstanın Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə görüşmüşdür.
Forumda iştiraka görə Zilya Valeyevaya təşəkkürünü bildirən Azərbaycanın birinci xanımı Bakı Forumunda maraqlı müzakirələrin aparıldığını, mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində bir çox dəyərli təkliflərin səsləndiyini demişdir.
Mehriban xanım Əliyeva ilə görüşməkdən məmnun olduğunu deyən Tatarıstanın Baş nazirinin birinci müavini Forumda mədəniyyətlərarası dialoqun təbliği, gender bərabərliyi və digər məsələlərə dair maraqlı çıxışları qeyd etmişdir.
Qonaq vurğulamışdır ki, Bakı Forumu hələ bir çox məsələlər üzərində işləməyin vacibliyini nümayiş etdirmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında