Jurnalistika: dünən, bu gün, sabah

Azərbaycan Mətbuat Şurasında keçirilən toplantıda qurumun Ahıl Jurnalistlər Məclisinin fəaliyyəti ilə bağlı məsələlər geniş müzakirə olunmuş, tədbirlər planına yeni təkliflər əlavə edilmişdir.
AMŞ-nın sədri Əflatun Amaşov Ahıl Jurnalistlər Məclisinin milli mediamızın yaşlı nəslinin bugünkü proseslərdə fəal iştirakını təmin etməkdə, görkəmli jurnalistlərin irsinin, KİV-in dəyərli ənənələrinin çağdaş yazarlara çatdırılmasında rolunu açıqladı. O bildirdi ki, gənc jurnalistlərin peşəkarlığının yüksəldilməsində, mediamızın dövlətçiliyə sədaqət, milli mənəvi dəyərlərə ehtiram ruhunda inkişafında ahıl jurnalistlər yeni nəsil həmkarlarına ustad tərbiyəsi verməyə qadirdirlər. Mətbuat Şurası bu yöndə məclisin hər bir təşəbbüsünü dəstəkləyir. KİV kollektivləri və digər media qurumları da Ahıl Jurnalistlər Məclisinin xeyirxah məramına həssaslıq göstərməlidirlər.
Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov yeni qurumun yaranması zəruriliyindən danışdı və son bir ildə görülən işlər barədə ətraflı məlumat verdi. Məclis rəhbəri bildirdi ki, həyatdan köçmüş jurnalistlərin anım günləri, yubilyar qələm sahibləri ilə görüşlər mediamızın dünəni ilə bugünü arasında canlı körpü yaratmaq işinə kömək edir. Milli jurnalistikamızın inkişafında xidmətləri olmuş insanların xatırlanması, dəyərləndirilməsi bu zəngin qaynaqla günümüzün təmaslarını artırır. Natiq qarşıdakı 2 ildə nəzərdə tutulan tədbirlərin təxmini planını iştirakçıların müzakirəsinə təqdim etdi.
Məclis üzvlərindən Telman Əliyev, Ələsgər Cabbarov, Ülkər Hüseynova, Vəli Məmmədov, Altay Zahidov, Məzahir Süleymanzadə, Tahir Məmmədov jurnalistikamızın problemlərinin, narahatlıq doğuran məsələlərinin aradan qaldırılmasında yaşlı nəsil yazarların görə biləcəkləri işlərdən söz açdılar, məclisin fəaliyyətini daha da canlandırmaq yönündə təklif və mülahizələrini söylədilər.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas KİV kollektivləri ilə məclis arasında əməkdaşlıq yaratmaq, ahıl jurnalistlərin bilik və təcrübəsindən gənc yazarları bəhrələndirməklə bağlı təkliflərini söylədi.
Toplantıda Ahıl Jurnalistlər Məclisinin cari və perspektiv planları açıqlandı, yaşlı yazarların arzu və istəkləri də səsləndi.

{nl}

Tahir AYDINOĞLU, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında