İsa Qəmbərlə bir partiyanın üzvü olmağı özümə təhqir hesab edirəm

Mən qətiyyətlə bəyan edirəm ki, kimsə düşüncələrimi, ölkəmə, dövlətimə münasibətimi öz istəyinə uyğun istiqamətə döndərə bilməz.
Ötən illərdə müxalifətdə olsam da, heç vaxt inkişafı, yüksəlişi, yeniliyi danmamışam, haqsızlığa, ədalətsizliyə də dözməmişəm. Qarşılıqlı anlaşma şəraitində sözümü deyə bilmişəm. Meylim küçəyə, meydana olmayıb. 2 aprel 2011-ci il tarixdə küçələri siyasi savaş meydanına çevirmək istəyənlər, zorakılığa, qarşıdurmaya cəhd edənlər, dağıdıcılıqla məşğul olanlar, məni və bütün Azərbaycansevərləri özlərinə qarşı qoydular.
İsa Qəmbər, Əli Kərimli və onlarla eyni yolun yolçuları olanlar adi həqiqəti başa düşmək istəmirlər. Qanmırlar ki, ölkə daxilində ciddi problemimiz qalmayıb. Bizim bir dərdimiz var, o da işğalçıların torpaqlarımızdan rədd edilməsidir. Adını müxalifət qoyanlar əgər ümummilli dərdimizi dərk edib, qüvvələrini bir yerə qoymaqla ona çarə qılmırlarsa, mən daha onlarla bir yolun yolçusu deyiləm. Ona görə də Müsavat Partiyası sıralarından istefa verdiyimi bəyan edirəm. Ölkədə qarşıdurma, xaos və anarxiya yaratmaq isətəyən İsa Qəmbərlə bir partiyanın üzvü olmağı özümə təhqir hesab edirəm.

{nl}

Camal MƏMMƏDOV, Zaqatala rayonu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında