Dağıdıcı müxalifət partiyasından istefa verirəm

Mən 1991-ci ildən AXC-nin üzvüyəm. Bu partiyaya qəbul olunanda elə bilirdim ki, Vətənimizin inkişafı, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsi AXCP-nin əsas siyasi xətti olacaq. Ancaq sonradan səhv etdiyimi başa düşdüm. Gördüm ki, partiya rəhbərliyinin siyasi düşüncə tərzi hələ də 1990-cı illərin əvvəllərində olduğu səviyyədədir.
Onlar tutduqları zorakılıq yolundan hələ də əl çəkməyiblər. Bu partiyanın sədri Əli Kərimli getdikcə daha da radikallaşır, partiya üzvlərini hakimiyyətə, dövlətçiliyə qarşı mübarizəyə səsləyir. Əli Kərimli başa düşməlidir ki, xalqı bir daha 1992-1993-cü illərin siyasi eksperimentləri dövrünə qaytarmaq mümkün deyil. İctimai palata adlı qurumun aprelin 2-də keçirməyə cəhd göstərdiyi pozucu aksiya bir daha sübut etdi ki, radikal müxalifətin, o cümlədən üzvü olduğum AXCP-nin əhali arasında heç bir nüfuzu və dayağı yoxdur. Bu partiyanın rəhbərlərini xalq, Vətən, dövlətçilik yox, ancaq şəxsi ambisiyaları düşündürürmüş.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə son illər ölkənin bütün sahələrində, çox böyük uğurlar əldə olunub. Əhalinin rifah halı durmadan yaxşılaşır. Bu gün təkcə paytaxt Bakı şəhəri deyil, Azərbaycanın bütün bölgələri nəhəng tikinti meydançasını xatırladır. İnanmayanları yaşadığım Qəbələ rayonuna dəvət edirəm. Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Hörmətli Prezidentimiz İlham Əliyevin ölkənin inkişafı, mədəni yüksəlişi üçün gördüyü böyük işlər, yorulmaz fəaliyyəti vətənimizi yeni-yeni uğurlara doğru inamla aparır. Bizə də bu lazımdır.
Belə bir vaxtda xarici havadarlarının haram pulları hesabına ölkədə yenidən qeyri-sabitlik yaratmaq istəyən radikal müxalifətin mövqeyini kəskin pisləyirəm. Müxalifətin ölkədə qarşıdurma və xaos yaratmağa yönəlmiş son hərəkətlərinə cavab olaraq mənsub olduğum partiyadan çıxdığımı bəyan edirəm.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işlərində mənim yaxından iştirakım üçün YAP-a qəbul olunmaq barədə müraciətimin qəbul olunmasını xahiş edirəm.

{nl}

Ağalət BAXIŞOV, Qəbələ rayonu,Nic qəsəbəsi, AXCP-nin sabiq üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında