Təxribatçılara "yox" deyirik

Özlərini radikal müxalifət adlandıranların son günlər yaratmağa çalışdıqları hərc-mərclik və siyasi şouları televiziya vasitəsilə həyəcanla izlədik. Aprelin 2-də Bakı şəhərində Fəvvarələr meydanında keçirilən icazəsiz aksiya bizdə qəzəb və təəssüf hissləri doğurdu.
Biz Milli İstiqlal Partiyasının üzvüyük. Bu partiyanın da qatıldığı belə şoular, gənclərin beynini zəhərləyən, onları düz yoldan sapdırmaq istəyi ilə düzənlənən piket və aksiyalar bizdə acı peşmanlıq duyğuları yaratdı. Buna görə də rəsmi surətdə bəyanat verərək, müxalifətçilərlə bütün mənəvi bağları aradan götürürük.
Bir daha radikal müxalifətçilərin həyata keçirdiyi rüsvayçı şoulara nifrətlə "yox!" deyirik. Belə iyrənc işlərə cəlb olunanları dərindən düşünməyə çağırırıq . Gəlin, gözəl, inkişaf etmiş bir ölkədə yaşadığımızın qədrini bilək və əldə etdiklərimizi qoruyub saxlayaq.

{nl}

Şaiq SARIYEV, Şəfaqət ƏLİZADƏ, AMİP Yevlax təşkilatının sabiq üzvləri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında