İğtişaşları pisləyirik

Xalqın inam və etibarını itirmiş bir qrup insanın ölkədə xaos və gərginlik yaratmaq, respublikamızın dinamik inkişafına zərbə vurmaq cəhdləri xarici düşmənlərin pis niyyətlərinə rəvac verməkdən başqa bir şey deyildir.
Aprelin 2-də AXCP və Müsavat partiyalarının rəhbərləri 100-150 nəfərlik başıpozuq dəstəni Bakı küçələrinə çıxarmaqla xalqın gözündə "müxalifətin ümumxalq mitinqi" obrazını formalaşdırmağa çalışdılar. Lakin onların bu hərəkətləri xalqın qəzəb və nifrətini daha da artırmış oldu.
Demokratik dövlətlərdə müxalifətin həmişə ümumxalq problemlərinin həllində iqtidarla bir yerdə olduğunu görürük. Bu gün xalqımızın əsas problemi olan Dağlıq Qarabağ məsələsi ilə bağlı müxalifətin nə vaxtsa mitinq keçirdiyini, iqtidara dəstək olduğunu görməmişik. Bütün bunlar isə müxalifətin xalqın mövqeyindən çıxış etməsinin deyil, yalnız hakimiyyət hərisi olduğunun sübutudur.
Biz AXCP Goranboy rayon təşkilatının üzvləri belə halları qətiyyətlə pisləyir, müasir Azərbaycan gəncliyini neqativ yollara səsləyən çıxış və hərəkətlərə "yox!" deyirik və KXCP sıralarından çıxırıq.

{nl}

KXCP Goranboy rayon təşkilatının üzvləri: Səbuhi QASIMOV, Teymur MƏMMƏDOV, İlham MƏHƏRRƏMOV və başqaları


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında