Kristina Ojuland: Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olması faktı Avropa Parlamentinin, Avropa Şurasının və Avropa Komissiyasının hər bir təşəbbüsündə öz əksini tapmalıdır

Aprelin 6-da Estoniyanın sabiq xarici işlər naziri, xanım Kristina Ojuland Avropa Parlamentində "Avropa Qonşuluq Siyasəti" mövzusunda keçirilmiş müzakirələrdə çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur.
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayan K.Ojuland bildirmişdir ki, Cənubi Qafqazı əhatə edən Avropa Qonşuluq Siyasəti, yaxud digər siyasətlər müzakirə olunarkən Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü həmişə diqqət mərkəzində saxlanılmalıdır.
Dağlıq Qarabağın 20 il əvvəl ermənilər tərəfindən işğal olunduğunu və bunun nəticəsində bir milyonadək azərbaycanlının öz yurdlarından didərgin düşdüyünü qeyd edən K.Ojuland Avropa Parlamentini Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olması faktına hörmət etməyə çağırmışdır.
Sabiq xarici işlər naziri demişdir ki, bu fakt Avropa Parlamentinin, Avropa Şurasının və Avropa Komissiyasının hər bir təşəbbüsündə öz əksini tapmalıdır. Yalnız ərazi bütövlüyü prinsipi beynəlxalq ictimaiyyət tərəfindən tanınandan sonra Cənubi Qafqazda sülhə və sabitliyə nail olmaq mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında