Cari ilin birinci yarısında 20 mindən çox “E-imza” sertifikatı istifadəyə verilib

Cari ilin birinci yarısında 20 mindən çox “E-imza” sertifikatı istifadəyə verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Ölkədə “Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində istifadəyə verilən “E-imza” sertifikatlarının sayı 20 454 olub. Bu sertifikatlardan 6 780-i dövlət qurumlarının, 4 542-i fiziki şəxslərin, 9 132-i isə hüquqi şəxslərin payına düşür.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə istifadəyə verilən sertifikatların sayı 10 582 (dövlət qurumları üzrə 3 440, hüquqi şəxslər üzrə 4 560, fiziki şəxslər üzrə 1 580) olub.

İstifadəyə verildiyi gündən cari ilin iyulun 1-nə olan statistikaya əsasən, ümumilikdə 146 874 “E-imza” sertifikatı istifadəyə verilib. Onlardan 82 390-ı dövlət qurumları üzrə, 35 590-ı hüquqi şəxslər üzrə, 28 894-ü isə fiziki şəxslər üzrə olub.

Son bir ayda istifadəyə verilən “E-imza” sertifikatlarının sayı isə 2 mindən çox olub. Belə ki, bu ilin iyun ayında verilən 2 184 “E-imza” sertifikatının 820-i dövlət qurumlarının, 1 084-ü hüquqi şəxslərin, 280-i isə fiziki şəxslərin payına düşüb.

 “E-imza” virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur. “E-imza”nın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması, informasiyanın təsdiq edilməsi və elektron sertifikat vasitəsilə elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında