Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə sıx əməkdaşlıq edir

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu ilə görüşmüşdür.
XİN-in mətbuat mərkəzindən bildirmişlər ki, ölkəmizin AŞPA ilə sıx əməkdaşlıq etdiyini vurğulayan nazir E.Məmmədyarov bu əlaqələrin bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini söyləmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən E.Məmmədyarov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü vurğulamışdır. Bu xüsusda AŞPA Bürosunda Dağlıq Qarabağ üzrə alt komitənin işinin bərpasına dair planları alqışlayan nazir, Azərbaycan tərəfinin həmin təşəbbüsü tamamilə dəstəklədiyini qeyd etmiş və AŞPA-nın bu istiqamətdə səylərinin davam etdirilməsinin vacibliyini bildirmişdir.
Mövlud Çavuşoğlu Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunmasından məmnunluğunu qeyd edərək, forumun və bu cür tədbirlərin dünyada baş qaldıran dini, milli dözümsüzlük və digər təhlükə yaradan mənfi halların qarşısını almaq prosesində böyük rol oynadığını xüsusi qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında