Bu il əlilliyi olanlara 700 əlil arabası verilib

Cari ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 4722 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlardan 600 nəfərə yaxın əlil ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib.

Yanvar--iyun aylarında həmin müəssisələr tərəfindən əlilliyi olan şəxslər 527 ədəd aşağı və yuxarı ətraf, habelə döş protezi, 637 ədəd yuxarı və aşağı ətraf ortezi, 188 ədəd bel və boyun nahiyəsi üçün korset, 408 cüt protez ayaqqabı, 1971 cüt ortopedik ayaqqabı, 477 ədəd dördayaqlı dayaq vasitəsi, 3409 ədəd müxtəlif reabilitasiya vasitəsi, 434 cüt qoltuqaltı və 552 cüt dirsəkaltı ağac və s. ilə təmin ediliblər. Həmçinin əlilliyi olanlara 700 əlil arabası verilib.

Ümumilikdə cari ilin 6 ayı ərzində əlilliyi olan şəxslərin 12825 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində hesabat dövründə 308 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında