Mövlud Çavuşoğlu: Bakıda keçirilən forum Qərblə Şərq arasında mədəni əlaqələrin inkişafında, sülhün bərqərar olunmasında çox mühüm rol oynayacaq

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu aprelin 7-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
O.Əsədov qonağı səmimiyyətlə salamlayaraq bildirmişdir ki, M.Çavuşoğlunun Bakıda keçirilən forumda iştirakı, həm Türkiyənin, həm də Avropa Şurasının Azərbaycana olan diqqət və marağının, eləcə də əlaqələrimizin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
Milli Məclisin sədri demişdir ki, Azərbaycan dünya səviyyəli mötəbər görüşlərin keçirildiyi mərkəzə çevrilmişdir. Bu cür tədbir Azərbaycanın sülhsevər, tolerant ölkə olduğunu bir daha sübut edir.
Azərbaycan yaxın vaxtlarda daha bir beynəlxalq tədbir - dinlərarası forum keçirməyi planlaşdırır. Düşünürük ki, bu cür tədbirlər təkcə regionda deyil, bütövlükdə dünyada sülhün və təhlükəsizliyin bərpasında mühüm rol oynayacaqdır.
M.Çavuşoğlu da bildirmişdir ki, Avropa Şurası ölkələr arasında mədəni əlaqələrin, mədəniyyətlərarası dialoqun inkişafında maraqlıdır. Ona görə də biz, Azərbaycanın ev sahibliyi ilə keçirilən bu tədbiri çox yüksək qiymətləndiririk. Forum Qərblə Şərq arasında mədəni əlaqələrin inkişafında, sülhün bərqərar olunmasında çox mühüm rol oynayacaq, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqelərinin möhkəmlənməsinə çox böyük təsir göstərəcəkdir.
M.Çavuşoğlu Azərbaycanın ev sahibliyi ilə keçiriləcək dinlərarası forumu da yüksək qiymətləndirmiş və bildirmişdir ki, AŞPA da aprelin ortalarında 5 dini icmanın rəhbərinin görüşünü təşkil etməyi planlaşdırır.
Sonra görüşdə Azərbaycan ilə AŞPA arasında əlaqələrin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, insan hüquqlarının qorunması, demokratiyanın inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında