Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirən Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu forumun çox önəmli olduğunu və bu cür tədbirlərin Avropa Şurası ilə əməkdaşlıq məsələlərinə böyük dəstək verdiyini vurğuladı.
Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakının önəmini vurğuladı. Bu cür beynəlxalq tədbirlərin ardıcıl olaraq keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev forumun həm bölgə, həm də Avropa və dünya üçün əhəmiyyətini qeyd etdi.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında