Çox sağ ol, AFFA!

Biz – Yeni Salyan yolunda jurnalistlər üçün inşa edilmiş ikinci binanın sakinləri, eləcə də hələ 2013-cü ildə istifadəyə verilmiş birinci binada yaşayan həmkarlarımız bu günlər xoş bir hadisənin sevincini yaşayırıq. İkinci binanın həyətində salınmış asfalt örtüklü mini-futbol meydançasına sintetik örtük çəkildi və meydança tamamilə dəyişib gözəl bir görkəm aldı.
 
İndi asudə vaxtlarını həyətimizdəki bu meydanda keçirən uşaqlar, elə böyüklər də burada məşğul olarkən yıxılıb zədələnməkdən qorxmur, əksinə, ikiqat həvəslə oynayır və bundan böyük zövq alırlar.
Dövlətimizin və şəxsən cənab Prezident İlham Əliyevin kütləvi informasiya vasitələri işçilərinə daimi qayğı və diqqəti sayəsində tikilib jurnalistlər üçün tarixi bir töhfə olmuş həmin binaların sakinlərinin indiki sevincinin isə Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü ərəfəsinə təsadüf etməsi də maraqlı məqamdır. “Xalq qəzeti”nin təşəbbüsü ilə jurnalistlərin müraciətinə biganə qalmayıb xahişimizi məmnuniyyətlə yerinə yetirdiyinə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının kollektivinə, şəxsən onun prezidenti Rövnəq Abdullayevə dərin minnətdarlığımızı bildiririk.
Biz istəyimizlə əlaqədar AFFA-dakı həmkarlarımıza müraciət etdikdə dərhal xahişimizi rəhbərliyə çatdıracaqlarını vəd etdilər. Assosiasiyanın rəhbərliyi də öz növbəsində xahişimizi indi şahidi olduğumuz kimi, qısa bir vaxtda yerinə yetirdi.
Hərçənd bilirik ki, sintetik örtüyün əldə olunması, onun xaricdən ölkəmizə gətirilməsi, sonra da səliqə-sahmanla meydana çəkilməsi heç də asan iş deyil, üstəlik də, kifayət qədər vəsait tələb edir.
Bir sözlə, həmkarlarımızın, xüsusən də onların övladlarının arzusu həyata keçmiş, məşğələlər üçün gözəl şərait yaradılmışdır. İndi qalır bu şəraitdən mümkün qədər çox fayda götürmək.
Bir məqamı da qeyd etmək yerinə düşər. Rusiyada dünya çempionatı – 2018-in ən şirin oyunları başlamışdır. Artıq yarımfinalın astanasındayıq. İnanmaq istərdik ki, tezliklə bizim küçədə də ən böyük futbol ikiqat bayrama çevriləcək, Azərbaycan milli komandasını da dünya çempionatının iştirakçıları sırasında görəcəyik. 
Bu arzumuzun növbəti, Qətər mundialı – 2022-də həyata keçməsi istəyi ilə.
Oqtay BAYRAMOV, 
Əməkdar jurnalist,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında