Azərbaycan Qahirədə keçirilən sərgidə iştirak etmişdir

Azərbaycanın Misirdəki səfirliyindən bildirmişlər ki, Qahirədə keçirilmiş "Təhrir Beynəlxalq kitab sərgisi"ndə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni terrorizmi, ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Azərbaycanın iqtisadiyyatı, neft tarixi və müasir neft-qaz sənayesinin inkişafı və s. barədə ərəb, ingilis, fransız, rus və s. dillərdə olan kitab və digər çap materialları nümayiş etdirilmişdir. Sərgidə 100-dən artıq çap şirkəti, Azərbaycan, ABŞ, İtaliya və Polşanın Qahirədəki səfirlikləri təmsil olunmuşlar. 
Sərginin açılışında iştirak edən Misirin mədəniyyət naziri Emad Əbu Ğazi Azərbaycan guşəsi ilə tanış olmuşdur. Səfirə Azərbaycan kitabları haqqında məlumat verilmişdir.
Sərgi çərçivəsində ölkəmizə aid mədəniyyət guşəsi yaradılmış və burada Azərbaycan xalçaları, musiqi alətləri və qədim məişət əşyaları nümayiş etdirilmişdir.
Sərgidə Azərbaycan barədə nümayiş olunan kitab və çap materialları sərgi iştirakçılarının xüsusi marağına səbəb olmuşdur. Sərgi çərçivəsində iştirakçılara Azərbaycan haqqında 200-dən artıq kitab, jurnal və digər çap materialları paylanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında