Tərtərdə şəhid İlqar Həsənovun adına küçə verilib

Tərtər şəhərində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid İlqar Həsənovun adı verilən küçənin əsaslı təmirdən sonra açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbiçilər iştirak ediblər. 
 
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Cocuq Mərcanlıdan başlanan, Günnütdə davam edən qayıdış Qarabağa böyük qayıdışla başa çatacaq, Azərbaycan bayrağı tezliklə işğal altında olan digər ərazilərimizdə də dalğalanacaq. Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri qeyd edfib ki, Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binası, həmçinin fərdi evlər istifadəyə verilib. Onlarca əlil avtomobil və əlil arabası ilə təmin olunub. Tərtər şəhərinin abad küçələrinə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, “Azərbaycan bayrağı” ordenli Mehrac Mahmudovun, “İgidliyə görə” medalı ilə təltif edilmiş Nicat İsgəndərovun adları verilib. Yaxın vaxtlarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı da küçələrdən birinə veriləcək.
Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri, şəhid İlqar Həsənovun döyüş yoldaşı Suliddin Yusibov, şəhidin anası Bağdagül Həsənova, Cümə məscidinin axundu Sadiq Cəfərov, şəhidin qardaşı Ağalar Həsənov, Ələsgərli kənd tam orta məktəbin şagirdi Paşa Adıgözəlli adı Tərtər şəhərinin küçəsində əbədiləşən həmyerlilərinin döyüş yolundan danışıblar. Mərasimdə Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlıq ifadə olunub.
Sonra İlqar Həsənovun adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb, önünə gül dəstələri düzülüb.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında